Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərovun çıxış etdiyi “Bursaspor” komandası azarkeşlərin hücumuna məruz qalıb.Bu barədə Bursa təmsilçisi rəsmi “Twitter” hesabında paylaşım edib.
Belə ki, hadisə “timsahlar”ın səfərdə “Kocaelispor”a 1:2 hesabı ilə uduzduqları Türkiyə I liqasının XII tur oyunundan əvvəl baş verib.
Fanatlar avtobusu stadiona daxil olarkən təpikləməyə başlayıb. Bundan əlavə, tərəfdarlar avtobusa butulkalar da atıb.
Qeyd edək ki, “Bursaspor”un yeganə qolunu 61-ci dəqiqədə penaltidən Namiq Ələsgərov vurub.
ölkəpress.com