Formula 1 üzrə ilk dəfə keçiriləcək Mayami Qran Prisinin təşkilat komitəsi satışa çıxarılacaq 80 min bilet üçün indiyədək 275 min ilkin sorğu alındığını bəyan edib.Bildirilib ki, 2022-ci il mayın 8-də baş tutacaq yarış azarkeşlər arasında böyük marağa səbəb olub.
Qran Prinin səfər proqramında iştirak etmək üçün 1800 nəfər hər biri 5000 min dollar olmaqla depozit qoyub.
Bununla yanaşı, artıq satışa çıxarılan əsas tribuna yerləri üçün biletlərin hamısı elə ilk gündəcə bitib.
Mənbə: Sports.ru
ölkəpress.com