olkepress.com
olkepress.com

Azərbaycanın qadın güləşçilərindən dünya çempionatında uğursuz çıxış

5-10-2021, 15:26

Azərbaycanın qadın güləşçilərindən dünya çempionatında uğursuz çıxış

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Ölkəpress.com xəbər verir ki, dördüncü yarış günündə 50, 53, 65 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə qoşulub. Azərbaycanın bu gün ilk iki qadın güləşçisi mübarizə aparıb.

Türkan Nəsirova (50 kq) ilk mərhələdə Belarus təmsilçisi Nataliya Varakinaya 2:3 hesabı ilə uduzub.

Elis Manolova (65 kq) isə Fransa güləşçisi Kumba Larokye ilə görüşdə sonuncu xal prinsipinə əsasən məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, dünya çempionatında indiyədək Azərbaycanın iki sərbəst güləşçisi bürünc medal qazanıb. Bunlar Dağıstan əsillilər – Əbubəkr Abakarov və Osman Nurməhəmmədovdur. Həmçinin bu gün Turan Bayramov bürünc medal görüşünə çıxacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi