olkepress.com
olkepress.com

Tokio Paralimpiya Oyunlarında liderlər - SİYAHI

4-09-2021, 12:31

Tokio Paralimpiya Oyunlarında liderlər - SİYAHI

Çin komandası Tokio Paralimpiya Oyunlarında medalların ümumi sayına görə vaxtından əvvəl qalib olub.

Çinli idmançılar 87 qızıl, 52 gümüş və 48 bürünc medal qazanıb. İkinci yerdə olan Böyük Britaniya komandası (40-36-41) qazandığı qızıl medalların sayına görə Çin millisinə çatmaq və medal sıralamasında onu keçmək şansını itirib.

Çin millisi 2004-cü ildən bəri hər dəfə Paralimpiya Oyunlarının qalibi olur. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Paralimpiya Oyunlarında Çin idmançıları rekord - 239 medal qazanıblar (107-81-51).

Tokio Paralimpiadasının medal sıralamasında üçüncü yerin sahibi ABŞ komandasıdır (35-35-27).

Paralimpiya Oyunlarına sentyabrın 5-də yekun vurulacaq.

Mənbə: TASS

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi