İstanbul nəhəngi “Qalatasaray” superulduzu Radamel Falkao ilə yollarını ayırıb.Futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Kolumbiyalı futbolçunun əvəzinə isə transferi ötən gecə açıqlanan Halil Dərvişoğlu komandaya cəlb olunub.
Qeyd edək ki, kolumbiyalı forvard 2019-cu ildən etibarən “sarı-qırmızılar”ın şərəfini qoruyurdu.
Ölkəpress.com