olkepress.com
olkepress.com

“Vüqar Həşimov”un Avropa Kubokunda iştirak edəcəyi tərkibi bilindi

25-08-2021, 19:37

“Vüqar Həşimov”un Avropa Kubokunda iştirak edəcəyi tərkibi bilindi

“Vüqar Həşimov” şahmat klubu sentyabrda Şimali Makedoniyada keçiriləcək XXXVI Avropa Kubokunda iştirak edəcək.

Ölkəpress.com-a verilən məlumata görə, klubun heyətində Avropa çempionu Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, yeniyetmələrin dünya birinciliyinin qalibi, Ümumdünya Şahmat Olimpiadasının qızıl medalçıları Aydın Süleymanlı və Əhməd Əhmədzadə, eləcə də Ülvi Sadıqov, Murad İbrahimli yer alacaq.

Komandanın kapitanı FIDE məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev olacaq.

Qeyd edək ki, Avropa Kuboku 17-25 sentyabrda Şimali Makedoniyanın Struqa şəhərində təşkil olunacaq.

Pandemiyaya görə yarış ötən il keçirilməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi