olkepress.com
olkepress.com

Məmmədyarov yenidən Aronyanla qarşılaşacaq

29-07-2021, 10:56

Məmmədyarov yenidən Aronyanla qarşılaşacaq

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsinin bütün iştirakçıları bəlli olub.

Ölkəpress.com xəbər verir ki, son olaraq Levon Aronyan (Ermənistan), Vladislav Artemyev (Rusiya) və Pentala Harikrişnanın (Hindistan) adı 16 nəfərlik siyahıya salınıb.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarovun "Chessable Masters" adlanan turnirdə mübarizə aparacağı daha əvvəl bəlli olub. Teymur Rəcəbovun adı isə siyahıya daxil edilməyib.

Qeyd edək ki, iyulun 31-də start götürəcək onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min dollar əldə edəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi