olkepress.com
olkepress.com

Göyçayda yük avtomobili yandı - VİDEO

22-05-2021, 19:30

Göyçayda yük avtomobili yandı - VİDEO


Göyçay rayonunda yük avtomobili yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:15 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayı üzərindəki körpüdə qeydə alınıb.

Göyçay sakini İsmayılov Fariz Şahpənəg oğlu idarə etdiyi 99-CM-383 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı yük avtomobili ilə hərəkətdə olarkən qəflətən maşının mühərrik hissəsindəki elektrik naqilində qısaqapanma nəticəsində yanğın baş verib. Alov qısa vaxtda avtomobilin hər tərəfini əhatə edib.

Nəticədə avtomobil yanaraq yararsız hala düşüb.

Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın tamamilə söndürülüb.

Hadisə zamanı polis əməkdaşları tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təhlükəsizlik məqsədilə nəqliyyatın hərəkəti dayandırılıb, yanğın söndürüldükdən sonra hərəkət bərpa edilib.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi