olkepress.com
olkepress.com

Astarada gömrükçülər 244 kiloqramdan artıq heroin aşkarladı - VİDEO

20-05-2021, 19:39

Astarada gömrükçülər 244 kiloqramdan artıq heroin aşkarladı - VİDEO


Gömrükçülər 244 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda keçirilən əməliyyat tədbiri nəticəsində Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukraynaya “təzə qarpız” yükü aparan iki ədəd DAF markalı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.
Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük orqanına bəyan edilməli hər hansı predmetlərin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirsələr də, kinoloji xidmət iti xüsusi işarələrlə avtomobillərin qoşqularına reaksiya verdiyindən yük nəqliyyat vasitələri Astara gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilib, şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitələri əsaslı yoxlanılıb və yük boşaldılıb.

Təkrara yoxlama zamanı yük nəqliyyat vasitələrinin qoşqusunun ön divarının arasındakı boşluqlarda - kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən 303 ədəd düzbucaqlı formalı bağlamalarda qablaşdırılma ilə birgə çəkisi 244 kq 605 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi