olkepress.com
olkepress.com

Bakıdakı marketdə məhsulları yararsız hala salan qız və oğlan saxlanıldı - VİDEO

5-05-2021, 11:08

Bakıdakı marketdə məhsulları yararsız hala salan qız və oğlan saxlanıldı - VİDEO

Marketdə yeyinti məhsullarını yararsız hala salaraq sosial şəbəkələrdə paylaşan şəxslər saxlanılıb.

Ölkəpress.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, bir neçə gün əvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxslər Bakı şəhər sakinləri - Rüstəm Orucov və Xəyalə Vəliyevadır. Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.

R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi