olkepress.com
olkepress.com

Aslan Hüseynovun ölümündə müəmmalı məqam – VİDEO

5-05-2021, 10:53

Aslan Hüseynovun ölümündə müəmmalı məqam – VİDEO

Müğənni Aslan Hüseynovun qəzaya düşdüyü avtomobilin görüntüləri yayılıb.

Axar.az xəbər verir ki, videoda ilk diqqəti çəkən A.Hüseynovun idarə etdiyi BMV markalı avtomobilin sürücü hissəsindən alın şüşəsinin çatlamasıdır. Bu isə onu ehtimal etməyə əsas verir ki, toqquşmanın sürətindən sürücünün başı ön şüşəyə dəyib və bu da müğənninin dünyasını dəyişməsinə səbəb olub.

Mümkündür ki, müğənni təhlükəsizlik kəmərindən istifadə etməyib. Buna baxmayaraq, bu görüntülərdə ən çox diqqəti çəkən təhlükəsizlik yastıqlarının açılmamasıdır.

Belə ki, BMV ən təhlükəsiz maşınlardan biri hesab olunur. Bu qədər böyük zərbə zamanı mütləq təhlükəsizlik yastıqları açılmalı idi. Avtomobilin sükanın üstündə olan təhlükəsizlik yastığı hətta yerini də dəyişib, ancaq qəribədir ki, açılmayıb. Böyük ehtimalla təhlükəsizlik yastıqları açılsaydı, müğənninin həyatını xilas edəcəkdi.

Qeyd edək ki, Aslan Hüseynov ötən gün Gəncədən, anasının 7 mərasimindən qayıdarkən Qaradağ rayonu ərazisində, Bakı-Qazax yolunun 60-cı kilometrliyində qəzaya düşüb və dünyasını dəyişib.




ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi