olkepress.com
olkepress.com

Bakıda ağır qəza - VİDEO

8-02-2021, 10:02

Bakıda ağır qəza - VİDEOGecə saatlarında paytaxtın Sabunçu rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, qəza Heydər Əliyev prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hava limanı istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi KIA markalı avtomaşına çırpılıb. Zərbənin gücündən KIA bir neçə metr irəliyə getdikdən sonra dayanıb.

Qəza zamanı “Mercedes” markalı avtomobilin sürücüsü və onun ailə üzvlərindən iki nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Qəzanın baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi