olkepress.com
olkepress.com

Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkar edildi - VİDEO

28-01-2021, 18:08

Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkar edildi - VİDEOQərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyalarının gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub.

Ölkəpress.com xəbər verir ki, aparılan ilkin araşdırma nəticəsində sözügedən qaçaqmalçılıq predmetlərinin Türkiyə Respublikasindan ölkəmizə yük daşiyan “Mersedes-Benz Actros” markalı nəqliyyat vasitəsində gətiriləcəyi müəyyənləşdirilib.
“Mazımçay” gömrük postu vasitəsilə ölkə ərazisinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçdikdən sonra saxlanılıb və şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında yerləşən hava balonunun içərisində şübhəli cizgilər müşahidə olunduğundan yük avtomobili ətraflı yoxlamaya cəlb olunub. Bu zaman hava balonunun içərisindən müxtəlif rəngli falqalara bükülən, üzəri yapışqan lentlə sarınmış bağlamalarda 1400 ədəddən çox, ümumi çəkisi 5397 qram qızıl-zinət əşyaları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi