olkepress.com
olkepress.com

Dəm qazı yenə can alır - VİDEO

7-12-2020, 17:39

Dəm qazı yenə can alır - VİDEOÖtən ay ərzində 20-dən çox insan dəm qazından zəhərlənib.

Baku TV xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

O qeyd edib ki, son bir ay ərzində zəhərlənənlər arasında azyaşlılar da olub. Hər il ölkədə dəm qazından onlarla adam zəhərlənərək dünyasını dəyişir.

Azər Maqsudov onu da qeyd edib ki, havada dəm qazının miqdarı çox olduğu zaman başağrısı, başgicəllənməsi və boğulma başlayır.

Qazın miqdarı artdıqca, ağırlaşma baş verir və ölüm reallaşır. “Zərərçəkənə ilkin yardım göstərmək üçün onu təmiz havaya çıxarmaq və süni nəfəs vermək lazımdır”, - deyə o bildirib.

Mütəxəssislər deyib ki, dəm qazının qurbanı olmamaq üçün bu qaydalara əməl etmək lazımdır:

- Hamam otağının xüsusi pəncərəsi, tüstü ötürücüsü olmalıdır.

- Hamamda 1 kub metr metan qazının yanması üçün 9,5 kub metr hava lazımdır.

- Havanın daxil olması üçün qapının aşağı hissəsində dəliklər olmalıdır.

- Hamamın ölçüsü 7,5 kvadrat metr olmalıdır.

- Kustar üsulla hazırlanan cihazlara qaz qoşmaq olmaz.

- Naşı adamlara, lisenziyası olmayan, təhlükəsizlik qaydaları barədə imtahan verməyən şəxslərə qaz sobalarının təmir edilməsinə, profilaktik təmir işlərini görməyə icazə vermək olmaz.

ölkəpress.com





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi