olkepress.com
olkepress.com

Mixail Saakaşvili Kiyevdə hücuma məruz qaldı

1-10-2020, 22:12

Mixail Saakaşvili Kiyevdə hücuma məruz qaldıMixail Saakaşvili Ukraynanın paytaxtı Kiyevdə hücuma məruz qalıb.

Bu barədə strana.ua saytı xəbər yayıb.

Xəbərdə qeyd olunur ki, naməlum kişi M. Saakaşvilinin olduğu restorana gizli daxil olub.

“O, əlindəki kəsici alətlə siyasətçiyə yaxınlaşıb və onu hədələyib”, - mənbə yazır.

Siyasətçinin mühafizəçiləri həmin şəxsi saxlayıb və polis çağırıb.

Lakin polis hadisə yerinə gələnədək hücumu həyata keçirən kişi oradan qaça bilib.

Hələlik hücumun motivləri məlum deyil.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi