olkepress.com
olkepress.com

Azərbaycanda oğlan keçmiş sevgilisinə hücum etdi - VİDEO

25-09-2020, 17:48

Azərbaycanda oğlan keçmiş sevgilisinə hücum etdi  -  VİDEOSumqayıtda gənc qız keçmiş sevgilisi tərəfindən hücuma məruz qalıb.

Bu barədə hücuma məruz qalan 24 yaşlı S.B. baku.ws-ə məlumat verib.

Qız bildirib ki, keçmiş sevgilisi tərəfindən təhdid olunur.

O, həmçinin qeyd edib ki, 26 yaşlı Cavid Çingiz oğlu Qəniyev ilə dörd il sevgili olub. Lakin ailələri onların evlənməyinə razı olmayıblar.

Bundan sonra gənc oğlan sevdiyi qıza hədə-qorxu gəlməyə başlayıb, sentyabrın 1-də Sumqayıt şəhəri 6-cı mikrorayonda qıza və anasına hücum edib. Hadisə müşahidə kameralarına düşüb.

Videodan da göründüyü kimi oğlan keçmiş sevgilisinin yaşadığı ünvana gəlib, qızı döyüb. Daha sonra qız və anasının üstünə bıçaq çəkib.

Şikayətçi deyir ki, həmin vaxt Cavid Qəniyev narkotik maddələrin təsiri altında olub.

Hadisə barədə “102” - zəng mərkəzinə şikayət ediblər. Əraziyə polis cəlb olunub və şikayət araşdırılması üçün Sumqayıt şəhər 3-cü polis bölməsinə göndərilib.

Polisin müdaxiləsinə baxmayaraq, Cavid Qəniyev yenə də keçmiş sevgilisini təhdid etməkdə davam edir. O bildirib ki, qızdan əl çəkən deyil. Hər gün qapılarına gedir və onu öldürəcəyi ilə hədələyir. Cavid Qəniyev deyib ki, qızın üzünə sirkə turşusu atacaq. Yalnız bundan sonra ondan əl çəkəcək.

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarından baku.ws-ə bildiriblər ki, hazırda məsələ araşdırılır. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi