olkepress.com
olkepress.com

"Lotu Quli” Bakıda dəfn ediləcək

20-08-2020, 12:21

"Lotu Quli” Bakıda dəfn ediləcəkKriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifov Bakıda son mənzilə yola salınacaq.

Lent.az xəbər verir ki, N.Səlifov Bakıxanov qəbiristanlığında (Razin) atasının məzarının yanında dəfn ediləcək.

Qeyd edək ki, N.Səlifov bu axşam Türkiyədə güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxsin "Lotu Quli"nin yaxın çevrəsindən olan Xan Əhmədlinski olduğu bildirilir.

1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub.

O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi