olkepress.com
olkepress.com

İcazələrlə bağlı AÇIQLAMA

15-07-2020, 13:47

İcazələrlə bağlı AÇIQLAMASosial şəbəkə istifadəçilərinin məlumatlarına görə, Bakıdan Sumqayıta giriş qadağan edilib, bunun üçün xüsusi postlar qurulub.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, icaze.e-gov.az portalında qeydiyyatdan keçən şəxslərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb:

“Kim, hansı məqsədlə belə bir məlumat yayıb, deyə bilmərəm. Fakt budur ki, Bakı, Sumqayıt ərazisində fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarının hərəkətinə heç bir məhdudiyyət tətbiq edilmir. Sadəcə portalda adı olmayan şəxslər Sumqayıtdan Bakıya buraxılmır. Amma kimlərin ki, fəaliyyət, iş yeri Bakıdırsa, onlar sərbəst hərəkət edə bilirlər”.

K.Əliyev bildirib ki, bu məhdudiyyət karantin rejiminin tələblərinə daxildir və yeni tətbiq edilmir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi