olkepress.com
olkepress.com

Bakıda “Taxta bazarı”nda yanğın - VİDEO

30-05-2020, 12:18

Bakıda “Taxta bazarı”nda yanğın - VİDEOBakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

Ölkəpress.com xəbər verir ki, hadisə Dərnəgül yolunda, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən “Taxta bazarı”nda qeydə alınıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Nərimanov rayonu üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb edilib.

Ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb.

Alov qısa zamanda söndürülüb. Yanğının digər mağazalara keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi