olkepress.com
olkepress.com

Ucarda minik avtomobili yandı - VİDEO

22-02-2020, 11:28

Ucarda minik avtomobili yandı - VİDEOUcarda yanğın hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Yeniyol kəndində qeydə alınıb.
Kənd sakini Şamo Maarif oğlu Hacıyevə məxsus minik avtomobili hərəkətdə olarkən anidən alışıb. Alov güclü olduğundan hadisə yerinə FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri, texnikası cəlb edilib və yanğın söndürülüb. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb. Yanğın güclü olduğundan avtomobil tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi