Ədliyyə Nazirliyinin Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi Arif Yəhyazadə bu gün səhər saatlarında iş yerində vəfat edib.
O, kabinetində olarkən qəfil ürəktutmasından dünyasını dəyişib.
47 yaşlı şöbə rəisi Göyçay rayonunda dəfn edilib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.