olkepress.com
olkepress.com

Zaqatalada bacısını güllələyən qardaş TUTULDU

28-05-2024, 08:29

Zaqatalada bacısını güllələyən qardaş TUTULDU

Mayın 27-də saat 22 radələrində Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində 1980-ci il təvəllüdlü Nətəvan Əhmədovanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Olkepress.com yazır ki, Zaqatala rayon prokurorluğundan Modern.az-a daxil olan məlumata görə, araşdırma zamanı 1989-cu il təvəllüdlü Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nurlan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi