olkepress.com
olkepress.com

30 yaşlı kişini döyüb öldürdülər

30-01-2024, 23:34

30 yaşlı kişini döyüb öldürdülər[/center]
Masallıda 30 yaşlı kişi döyülərək öldürülüb.

Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir ki, yanvarın 27-də Masallı rayonu Musaküçə kənd sakini 30 yaşlı Elnur Məmmədovun ölməsi barədə prokurorluğa məlumat daxil olub.

İlkin araşdırma zamanı 28 yaşlı Nurlan Nuriyevin yanvarın 21-də aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elnur Məmmədovun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə çoxsaylı xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Nurlan Nuriyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi