İstanbulda avtomobildə partlayış olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin Fatih səmtində qeydə alınıb.
Avtomobildə başlayan yanğın digər nəqliyyat vasitələrinə də keçib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Onlar alovun qarşısını alıblar.