Sabirabad şəhərində bazarda yanğın olub.
Bizimyol.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
FHN-in "112" qaynar telefon xəttinə Sabirabad şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.