olkepress.com
olkepress.com

Mərdəkan və Binədə narkotik satan daha 2 nəfər saxlanılıb - VİDEO

5-10-2022, 21:15

Mərdəkan və Binədə narkotik satan daha 2 nəfər saxlanılıb - VİDEO

Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Mərdəkan və Binə qəsəbələrində narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Ölkəpress.com-a DİN-in mətbuat xidmətindən verilən məlumata görə, gəəliyyatlar nəticəsində Sahib Əliyev və Vüqar Bayramov tutularaq istintaqa təqdim ediliblər.

Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri qeyd edilən qəsəbələrin ərazilərində satmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə onlayn yolla əldə etdiklərini bildiriblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi