olkepress.com
olkepress.com

15 yaşlı oğlan faciəli şəkildə öldü - VİDEO

25-10-2019, 21:40

15 yaşlı oğlan faciəli şəkildə öldü - VİDEOHacıqabulda baş verən avtoqəzada 15 yaşlı oğlan ölüb.

Ölkəpress.com APA TV-yə istinadən xəbər verir ki, hadisə Pirsaat kəndi ərazisində qeydə alınıb. Sürətlə hərəkətdə olan Bakı sakini, 1994-cü il təvəllüdlü İlkin Elşən oğlu Əliyevin idarə etdiyi "Toyota Camry" markalı 90 UU 111 dövlət nömrə nişanlı avtomobil idaretmədən çıxıb və təxminən 50 metrlik ayırıcı dəmir səddləri qıraraq aşıb. Nəticədə avtomobildə olan sərnişin - Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Qasımov Kamran İlham oğlu ölüb, sürücü yüngül xəsarət alıb. Ölən gəncin meyiti Şirvan morquna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi