olkepress.com
olkepress.com

Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanıldı - VİDEO

3-09-2021, 15:00

Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanıldı -  VİDEO

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə rayonun Pirəkəşkül qəsəbəsi sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan Cəmil Məmmədov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Onun Pirəkəşkül qəsəbəsində yerləşən mənzilinə baxış zamanı satmaq məqsədi ilə əldə etdiyi narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetemanin aşkar edilib. Cəmil Məmmədovdan aşkar edilən narkotik vasitələrin ümumi çəkisi isə 50 qramdan artıq olub.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 1 dəfə məhkum edilib. O, ifadəsində Pirəkəşkül qəsəbəsi və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi