olkepress.com
olkepress.com

Aydın Əliyev: – “Əliçilər bu vətən müharibəsinə şou kimi baxır.”

8-11-2020, 14:32

Aydın Əliyev: – “Əliçilər bu vətən müharibəsinə şou kimi baxır.”Bu gün qəhrəman ordumuzun Azərbaycanımızın ürəyi – Şuşa şəhərinə daxil olmaqları bir daha Azərbaycan xalqının 28 ildir ki, həsrətlə gözlədiyi arzusuna çatdırdı.

Bəli, bir azərbaycanlı kimi fəxr edirəm.1988-ci ildən AXC-nin, 1995-ildən Axcp-nin üzv olmuşam. AXCP sədri kimi özün aparan, məni hökumətə işləməkdə ittiham edərək, partiya sıralarından xaric etmişlər. Mənə qarşı ittihamları rədd edərək hüquqi qaydada məhkəmə ilə Əli Kərimlinin özü saxta vidio ilə təstiq etdiyi AXCP Ali Məclisin Rəyasət heyətinin qanunsuz qərarını ləgv etmiş, Apelyasiya şikayəti vermiş, lakin Apelyasiya məhkəməsi qüvvədə saxlamışdır. İndiki dövrdə mən də Əli Kərimli baradə haqlı şikayətimi, sosial şəbəkələrdə və saytlarda hətta, onun saxtakarlığı baradə Respublika Prokurorluğuna rəsmən müraciətimi müvəqqəti dayandırmışdım. Əliçilər başlanan bu vətən müharibəsinə şou kimi baxır. Ordumuzun bu qələbəsinə kölgə salmaqdan çəkinmirdilər. “5 rayonu onsuz da ruslar verirdilər. Bu nəyə lazımdır və. s. Neçə ki, bu hakimiyyət var, Qarabağ azad olunmayacaq.”

İndi isə utanmadan ordumuzun qələbəsindən danışır. O, bunu oz çıxışlarında bir daha göstərdi. Hətta, bu qələbəyə belə ürəkdən sevinə bilmir. Mən ona görə çixış edib uca xalqıma müraciət edirəm. Mən Əliçi kimi yox, bir vətəndaş kimi bu rejimdən narazı olmuşam.

Bu gün isə qənaətə gəlirəm ki, öz hərəkətləri ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına arxalanaraq, 30 ildir ki, işgal altında olan torpaqlarımızın qaytarılması haqqında qərar verdi. Nəticədə Ali Baş Komandan kimi ordumuza rəhbərlik edərək, ədalətsiz dünya güclərinin təzyiqinə baxmayaraq, ərazi bütövlüyümüzə nail olmaqdadır. Bundan sevinməyən yalnız ermənilərdir!

Aydın Əliyev,

AXCP Nəzarət-Təftiş Komissiyasının sədri

olkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi