olkepress.com
olkepress.com

İlham Əliyev: “Biz Şuşanı döyüş meydanında qazandıq”

8-11-2020, 13:10

İlham Əliyev: “Biz Şuşanı döyüş meydanında qazandıq”Şuşa azaddır və biz artıq Şuşaya qayıtmışıq.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində bəyan edib.

Prezident bildirib ki, biz Şuşanı döyüş meydanında qazandıq:

“Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı qələbəmizin, zəfərimizin günüdür. Biz bunu danışıqlar masası arxasında yox, döyüş meydanında qazandıq. Bütün bəyanatlara rəğmən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolları vardır. Mən bunu dəflərlə demişdim. 30 ilə yaxındır mənasız danışıqlar heç bir nəticə vermədi. 30 il bizim əzəli torpaqlarımız işğal altında qaldı. Ermənistan tərəfi danışıqlarla sadəcə vaxt qazanmaq istəyirdi.

Lakin, qətiyyət, cəsarət göstərdik və Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Bütün beynəlxalq kürsülərdə bəyan etmişdimki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bizim əsas məqsədimizdir. Biz bu vəzifəni icra etdik və icra edirik. Şuşada yenidən azan səsi eşidiləcək!”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi