Daha bir icra başçısından şikayyət var
Lənkəran Şəhər sakini, 30 il tərbiyə işləri üzrə müəllimə kimi xidmət göstərən Səbahət İsmayılova öz facebook səhifəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdan tələb irəli sürüb.
Belə ki, Səbahət xanım bildirir ki, qızı Lənkəran Dövlət Univerisitetini bitirsədə, hal-hazırda işsizdir. Dəfələrlə Lənkəran Şəhər İcra Hakimiyyətinə şifahi şəkildə iş üçün müraciət etsələrdə, müsbət nəticə əldə edilməyib.
Səbahət İsmayılovanın bizə ünvanladığı şikayət əzizəsini olduğu kimi təqdim edirik:
30 ildir tərbiyəçiyəm . Öz vəzifəmi layiqincə yerinə yetirən biriyəm.
Cənab Prezidentimizi dəstəkləyən Azərbaycan vətəndaşıyam. Qanunlarımızın aliliyi naminə haqq -ədalət tərafdarıyam.
Haqq - ədalət tərafdarı olduğum üçün, Lənkəran İcra hakimiyyəti başçısı məni xoşlamır.
Valideynə görə övlad məsuliyyət daşımır. Hər kəsin pirinsipi özü üçündür.
Qızım Lənkəran Dövlət Universitetinin humanitar fakultəsinin , Məktəbəqədər təlim - tərbiyə ixtisasını bitirib.
Şifahi olaraq dəfələrlə Lənkəran Şəhər İcra hakimiyyətinə müraciət etdik. Yuxarıya məlumat verildikdən sonra, Günəş Quluzadə bizi qəbul etdi.
Günəş Quluzadə bizə bildirdi ki, bağçalarda müdir vəzifələrinə təyinat olub.
Yer yoxdur..
Həmdə ki, pandemiyya dövründür , heç bir şey edə bilmərik.
Mən 30 ildir 12 saylı uşaq bağçasında tərbiyəçi olduğum üçün bu sahədən dərinliyi ilə məlumatlıyam. Hal - hazırda Lənkəran bağçalarında müdir dəyişikliyi olunur.
Həmdə ki, uşaq bağçalarında fənn müəllimləri müdirə işləyir . Əsasən də kollec bitirənləri müdir təyin ediblər.
Əgər qanun icra olunsaydı, kollec bitirən müəllimə uşaq bağçasında müdirə yox, mektebde muellim işleyerdi.
Məktəbəqədər təlim-tərbiyə ixtisasına yiyələnən məktəb direktoru işləsə qanun pozuntusu olmazmı?
Mən Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Taleh Qaraşovdan tələb edirəm araşdırıb görsün ki, kollec bitirənlər himayədarları sayəsində bağçalara müdirə təyin olunublar. Buda, o deməkdir ki, qızım kimi Ferqlənmə ilə Univeristet bitirən ali təhsilli müəllimələrin haqqına giriblər. Qızımın araşdırılaraq haqqının bərpa edilməsini sizdən tələb edirəm. Mənim qızım 4 il zəhmət çəkib, ali təhsil alıb. Aldığı təhsildə yüksək səviyyədədir. Ali təhsilliləri məhv edib, işsizlik girdabına soxmayın.
Səbahət xanım, Taleh Qaraşovun məsələ ilə araşdırma aparmayacağı təqdirdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına, Birinci vitse Prezident Mehriban xanım Əliyevaya müraciət edəcəyini bildirir..
Məsələ ilə bağlı Lənkəran şəhər icra hakimiyyətinində mövqeyin derc etməyə hazırıq.
Olkepress.com