olkepress.com
olkepress.com

Azərbaycanda benzin ucuzlaşacaq?

18-04-2020, 11:37

Azərbaycanda benzin ucuzlaşacaq?“Dünya bazarlarında yanacağın qiyməti daha da ucuzlaşarsa, ölkəmizə idxal olunan yanacağın qiymətində dəyişiklik oluna bilər”.

Ölkəpress.com xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, benzinin qiyməti yalnız neft qiymətlərindən deyil, idxal edən zavodların imkanlarından da asılıdır:
“Benzinin qiyməti neft qiymətindən asılı olaraq dəyişir. Amma neftin qiymətinin benzinin qiymətinə hansı diapazonda təsir etməsinin dəqiq hesablaması hazırda yoxdur. Bu hər bir zavodun maya dəyərindən də asılıdır. Amma ümumilikdə neftin qiyməti daha da düşərsə, idxal olunan benzinin qiymətinin də azalacağı ehtimal olunur”.
Xatırladaq ki, martın 13-də neft qiymətlərinin ucuzlaşması ilə əlaqədar olaraq ölkəmizə idxal olunan “Euro-95” və “Super Euro-98” markalı benzinlərin qiyməti ucuzlaşıb.
Bu növ benzinlərin qiymətləri benzinin topdan satıcısı tərəfindən müəyyən edilir.
“Premium Euro-95” markalı benzinin 1 litri hazırda 1,2 manata (əvvəl 1,5 manat), “Super Euro-98” 1,4 manata (əvvəl 1,6 manat) satılır.
Beləliklə, “Premium Euro-95” benzini 20%, “Super Euro-98” isə 12,5% ucuzlaşıb. (Cebhe.info)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi