olkepress.com
olkepress.com

“Apple” şirkəti yeni telefonların qiymətini qaldıracaq

27-10-2023, 18:34

“Apple” şirkəti yeni telefonların qiymətini qaldıracaq

“Apple” şirkəti yüksək xərclərə görə yeni istehsal olunacaq “iPhone” qiymətlərini qaldıracaq.

Olkepress.com Lent.az-a istinadən xəbər verir ki, bu əsasən “iPhone 16” seriyalı smartfonlara tətbiq olunacaq.

Analitiklər “iPhone 15” seriyalı smartfonların istehsal xərclərini araşdırıblar. Məlum olub ki, “iPhone 15 Pro” və “15 Pro Max”ın qiyməti “iPhone 14 Pro” və “14 Pro Max” istehsal dəyəri ilə müqayisədə on faiz artıb. Mütəxəssislər bu məlumatlara əsaslanaraq tendensiyanın davam edəcəyini və “iPhone 16” seriyalı smartfonların bahalaşacağını bildiriblər.
Belə ki, “iPhone 15 Pro” üçün displey istehsalının dəyəri 10 faiz, korpus 43 faiz, prosessor 27 faiz, teleskopik kameranın istehsalı isə 280 faiz artıb.

Mütəxəssislər vurğulayıb ki, “Apple” şirkəti “iPhone 16” smartfonlarının qiymətini qaldırmağa məcbur olacaq. Çünki o artıq artan komponent qiymətlərinə və xarici iqtisadi amillərə məhəl qoya bilməyəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2024    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi