olkepress.com
olkepress.com

Ən təhlükəli vitaminlər açıqlandı

17-05-2023, 08:44

Ən təhlükəli vitaminlər açıqlandı

Moskva Dövlət Universitetinin Elmi-Tədris Mərkəzinin endokrinoloqu, tibb elmləri namizədi Zuxra Pavlova yağda həll olunan vitaminləri ən təhlükəli adlandırıb.

Mütəxəssisin sözlərinə görə, yağda həll olunan vitaminlər sırasına D, E, A və K vitaminləri daxildir. Onlar həddindən artıq istehlak edilərsə, piy toxumasında çökərək orqanizmə ziyan vurur.

Bundan əlavə, A vitamininin böyük miqdarda qəbulu ilə dəri narıncı rəng ala bilər. K vitamininin həddindən artıq dozası qaraciyər və beyin problemlərinə, qırmızı qan hüceyrələrinin parçalanmasına və tərləmənin artmasına səbəb ola bilər.

B6 vitamininin artıqlığı da bədən üçün təhlükəlidir və sinir sisteminin pozulmasına səbəb ola bilər. B12 vitaminindən sui-istifadə isə tromboz, ürək çatışmazlığı və ağciyər iltihabı riskini artırır.

Eyni zamanda, həkimin sözlərinə görə, suda həll olunan vitaminlər insanlar üçün ən təhlükəsizdir. Onların artıq miqdarı bədəndən tez xaric olur. Bununla belə, burada da bəzi nüanslar var. Məsələn, C vitamininin həddindən artıq dozası böyrək daşlarının yaranmasına səbəb ola bilər.

Mənbə: moslenta.ru


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi