olkepress.com
olkepress.com

TƏBİB Fazil Mustafanın vəziyyəti ilə bağlı açıqlama yaydı

29-03-2023, 08:10

TƏBİB Fazil Mustafanın vəziyyəti ilə bağlı açıqlama yaydı

Bu gün güllələnərək Klinik Tibbi Mərkəzə yerləşdirilən deputat Fazil Mustafanın səhhəti ilə bağlı məlumat açıqlanıb.
Ətraflı

TƏBİB-dən "Qafqazinfo"ya bildirilib ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.

Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi