olkepress.com
olkepress.com

BMT-nin nümayəndə heyəti Füzuliyə gedib

16-03-2023, 09:00

BMT-nin nümayəndə heyəti Füzuliyə gedib

BMT nümayəndələrindən ibarət nümayəndə heyəti Füzuliyə səfər edib.

“Report”un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, göyərtəsində qonaqların olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.

Səfər zamanı Füzuli və Ağdamda aparılan bərpa işləri ilə tanışlıq nəzərdə tutulub.


Həmçinin ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə münasibətilə ağacəkmə aksiyası da keçiriləcək.

BMT-nin nümayəndə heyəti əsas diqqəti Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi, ətraf mühitin mühafizəsi və su ehtiyatlarından səmərəli istifadəsi, kənd təsərrüfatı, səhiyyə, şəhərsalma, gender bərabərliyi məsələləri və Azərbaycan ilə BMT arasında əməkdaşlığın digər sahələrinə yönəldəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi