Şəmkirdə üç nəfər bıçaqlanıb.
Olkepress.com "Report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında, ev sahibləri yatan zaman baş verib.
Belə ki, Fuad adlı şəxs evə daxil olaraq 1972-ci il təvəllüdlü Sevda Abbasova, 1968-ci il təvəllüdlü Natiq Abbasov və nəvələri, 2014-cü il təvəllüdlü X. Abbasovanı bıçaqlayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsi artıq polis saxlayıb.