İranda çərşənbə günü 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri Bəndər Abbas şəhərindən 117 km şimal-qərbdə (əhali təxminən 352 min nəfər) yerləşib. Zəlzələnin mənbəyinin yerin 10 km dərinliyində olduğu qeyd edilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Fevralın 21-də səhər saatlarında Bəndər Abbas şəhərindən 113 km aralıda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.