olkepress.com
olkepress.com

UEFA Konfrans Liqası: Gecənin oyunlarında eyni hesablar qeydə alındı - YENİLƏNİB

17-02-2023, 09:04

UEFA Konfrans Liqası: Gecənin oyunlarında eyni hesablar qeydə alındı - YENİLƏNİB

UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyunlara yekun vurulub.

Gecənin son 4 matçında eyni hesab qeydə alınıb.

Bunların üçündə meydan sahibləri, birində isə qonaqlar qələbə qazanıblar.

Pley-off mərhələsi, ilk oyunlar

16 fevral

00:00. “Latsio” (İtaliya) - “CFR Kluj” (Rumıniya) - 1:0

Qol: Çiro İmmobile, 45+4

00:00. AEK (Larnaka, Kipr) - “Dnepr-1” (Ukrayna) - 1:0

Qol: Anxel Qarsiya, 84

00:00. “Şerif” (Moldova) - “Partizan” (Serbiya) - 0:1

Qol: Rikardu Qomeş, 45

00:00. “Ludoqorets” (Bolqarıstan) - “Anderlext” (Belçika) - 1:0

Qol: İqor Tiaqo, 9

Qeyd edək ki, bu raundun cavab görüşləri fevralın 23-də olacaq.

00:23

UEFA Konfrans Liqasının pley-off mərhələsi daha bir neçə qarşılaşma baş tutub.

Norveçdə keçirilən qarşılaşmada “Budo Qlimt” evdə “Lex”lə heç-heçə edib.

90 dəqiqə ərzində tərəflər fərqlənə bilməyiblər.

Pley-offun digər qarşılaşmasında “Braqa” evində “Fiorentina”ya məğlub olub.

Qonaqlar qarşılaşmanın ilk hissəsinə əlavə edilmiş birinci dəqiqədə L.Yoviçin qolu ilə önə keçiblər. Futbolçu 60-cı dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Qarşılaşmanın 79 və 90-cı dəqiqələrində A.Kabral daha iki qol vuraraq yekun hesabı müəyyənləşdirib. “Fiorentina” səfərdən 4 top üstünlüklə ayrılıb.

Xatırladaq ki, pley-offun digər qarşılaşmalarında “Qarabağ” evdə “Gent”ə, “Trabzonspor” isə “Bazel”ə 1:0 hesabı ilə qalib gəlib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi