olkepress.com
olkepress.com

Müalicəsi olmayan ölümcül virus yayıldı

17-02-2023, 09:02

Müalicəsi olmayan ölümcül virus yayıldı

Kamerunda Marburq virusuna yoluxma halları qeydə alınıb.

Xəstəliyə qarşı peyvənd və dərmanın olmadığı bildirilib.

Virusa yoluxan iki şəxsin Olamze kommunasında aşkar edildiyi deyilir.

Olamze Marburq virusunun yayıldığını elan edən və artıq doqquz nəfərin öldüyü Ekvatorial Qvineya ilə sərhəddədir.

Məlumata görə, Kamerundakı yoluxanlar 16 yaşlı iki gəncdir. Onlar əvvəllər Ekvatorial Qvineyada olmamış şəxslərdir. Uşaqların 42 nəfərlə təmasda olduğu müəyyən edilib.

Qeyd edək ki, Marburq virusunun inkubasiya dövrü iki gündən 21 günə qədər dəyişir. Hər şey yüksək hərarət, şiddətli başağrısı və ciddi nasazlıqlarla başlayır. Marburq Ebola ilə eyni virus ailəsinə aiddir və 88%-ə qədər ölüm nisbətinə malikdir. Hazırda xəstəliyin müalicəsi üçün təsdiqlənmiş peyvənd və ya dərman yoxdur.
Mənbə: life.ru


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi