olkepress.com
olkepress.com

Avrokubok matçlarında sükut olacaq

14-02-2023, 08:17

Avrokubok matçlarında sükut olacaq

UEFA bu həftə keçiriləcək avrokubok oyunlarından öncə bir dəqiqəlik sükut elan olunacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bütün oyunlardan əvvəl Türkiyə və Suriyadakı güclü zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq. Qərar Çempionlar Liqası, Avropa Liqası və Avropa Konfrans Liqası oyunlarına aiddir. Oyunlar zamanı həmçinin zəlzələ qurbanlarına dəstək olaraq “Sizinləyik” mesajı nümayiş etdiriləcək. Futbolçular və hakimlər isə istəyə bağlı olaraq qollarına qara sarğı bağlaya bilərlər.

Xatırladaq ki, UEFA bir neçə gün öncə zəlzələ ilə əlaqədar Türkiyə və Suriya üçün 200 min avroluq yardım ayırdığını açıqlamışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi