olkepress.com
olkepress.com

Ərdoğan İlham Əliyevə “Togg” verəcək

2-02-2023, 08:26

Ərdoğan İlham Əliyevə “Togg” verəcək

"Türkiyə istehsalı olan ikinci “Togg” elektromobili üçün dərhal İlham bəy növbəyə keçdi. Əliyev ikincini mənə verin dedi".

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, istehsal olunacaq ikinci elektromobili Azərbaycan Prezidenti İlham Əliyev istəyib. Türkiyə Prezidenti isə ikinci “Togg” elektromobilinin Azərbaycanın dövlət başçısına verəcəyini açıqlayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti xanımı Əminə Ərdoğanla birlikdə "Togg" elektromobilini sınaqdan keçirərkən il ərzində 175 min avtomobil istehsal olunacağını bildirmişdi.

Xatırladaq ki, Türkiyənin ilk elektromobili olan “Togg”un satışı bu ilin fevral ayında başlayacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi