olkepress.com
olkepress.com

“Pfizer”in COVID-19 dərmanının onlayn satışına icazə verildi

14-12-2022, 08:56

“Pfizer”in COVID-19 dərmanının onlayn satışına icazə verildi

Çində ABŞ-nin əczaçılıq şirkəti “Pfizer” tərəfindən həb şəklində istehsal olunan COVID-19 dərmanının reseptlə onlayn satışına icazə verilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Çin Dövlət Şurası tibb müəssisələrinə verdiyi notada təcili istifadə icazəsi olan COVID-19 dərmanlarının reseptlə internetdə satıla biləcəyini bildirib.

Onlayn bir klinika “Pfizer”in COVID-19 dərmanını bir qutusu 2,980 yuana (427 dollar) müsbət nəticə verən xəstələrə satmağa başlayıb.

Çinin Milli Tibbi Dərman İdarəsi fevralın 12-də “Paxlovid” dərmanının şərti təcili istifadəsinə icazə vermişdi.

Laboratoriya tədqiqatlarında həbin COVID-19-un “Omicron” variantına qarşı da təsirli olduğu müəyyən edilib.

22 dekabr 2021-ci ildə ABŞ Dərman və Qida İdarəsi “Paxlovid”in ağır xəstəlik riski olan 12 yaş və daha yuxarı xəstələrdə təcili istifadəyə icazə verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi