olkepress.com
olkepress.com

Putin İlham Əliyevi təbrik etdi

23-12-2019, 10:43

Putin İlham Əliyevi təbrik etdiRusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi çox yüksək qiymətləndiririk.
Bizim aramızda yaranmış etimad və qarşılıqlı anlaşma mənim üçün həqiqətən çox qiymətlidir. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə birgə səmərəli işimiz davam edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar diləyirəm. Ailənizə mənim səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi