olkepress.com
olkepress.com

Səlim Müslümovun “qara kassa”sı HƏBSDƏN necə xilas oldu ?

16-12-2021, 11:30

Səlim Müslümovun “qara kassa”sı HƏBSDƏN necə xilas oldu ?

Səlim Müslümovun Xətaidəki sağ əli Cavanşir İsgəndərov sabiq nazirə nə üçün 200 min manat vermişdi ?

Cavanşir İsgəndərov 500 manat maaşla MTK-lara necə şərik olub?

Xətai “sobes”in müdiri MTKrəhbərlərini necə həbs etdirib?

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dövründə bu NAZİRLİKDƏ baş verən dəhşətli cinayətlər və talançılıq barədə ölkə mətbuatı hər gün yazır. Amma nə olsun, yazmaqla nəsə həll olunurmu?
Bu boyda cinayət işini araşdırmaqda kimlərsə maraqlı görünmür.
Bəli, məhz görünmür…
Niyə..?
Bu boyda cinayətkar şəbəkənin başında duran nazir Səlim Müslümovu həbs etməklə məsələ bitirmi?
Axı, bu cinayət əməllərində ən azı yüzlərlə vəzifəli şəxs iştirak edib.
Bəs bunlar niyə cəzasız qalmalıdır?
Həə, biz kimlərinsə mütləq cəza almasını, mütləq həbsxana həyatı yaşamasını deyil…
Birincisi, başqalarına dərs olmasını tələb edirik…
İkincisi, cəzasız qalan həmin məmurlar daha böyük cinayətlər törətmək həvəsinə düşürlər. Çünki, deyirlər ki, cinayət elədik və cəzasız qaldıq…
İndi başa düşdünüzmü, bizim kimləsə, konkret olaraq işimiz, ədavətimiz yoxdur.
Üçüncüsü, Ulu Öndər deyirdi ki, cəzasızlıq dövləti sarsıdır…
Başa düşdünüzmü, cənablar ?
Bizim davamız məhz budur.
Məlumdur ki, Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeçiliyində onlarla rayon şöbələri var.
Hər rayonda nazirliyin sosial təminat şöbələri (el arasında “sobes” deyirlər) fəaliyyət göstərir.
Axı, nazir özü kiməsə pensiya təyin etmir, əlillik dərəcəsi vermir. Bütün bunlar hamısı rayon şöbələrində hazırlanır və gəlir nazirin stolunun üstünə.
Əlbəttə, nazir məsuliyyət daşıyır. Ancaq bu işi icra edən rayon şöbələri olub.
Belə rayon şöbələrindən biri də naziriliyin Xətai şöbəsidir.
Xətaidə 2010-2014-cü illərdə sosial təminat şöbəsinin- “sobes”in müdiri İsgəndərov Cavanşir Əşrəf oğlu olub.
Həə, indi keçək əsas mövzuya…
Bu adam işlədiyi müddətdə saxta pensiyaların, saxta əliliklərin düzəldilməsi ilə milyonlar qazanıb.
Görəsən Cavanşir İsgəndərov nə üçün istintaqa çağırılmadı ?
Axı, Cavanşir İsgəndərov kimilərin əməlinə görə, dövlətə milyonlarla ziyan dəyib.
Cavanşir İsgəndərov nazirliyin Xətai şöbəsinə rəhbər olduğu zaman yığdığı rüşvətin hesabına böyük biznesə və mülklərə, sərvətə sahib olub.
Onun, təkcə Sabirabadda 100 hektarlarla torpaq sahələri, mal-qara fermaları, balıq vətəgələri, restoranı, ticarət obyektləri var.
Bakıda milyonerlər məhəlləsində, Teymur Əliyev küçəsində mülkü, Bakıda göydələnlərdə mənzilləri və daha nələri.
Hətta, Cavanşir İsgəndərov o qədər pul qazanıb ki, göydələn binaların tikintisinə şərik olub. Bəli, Cavanşir İsgəndərov xeyli MTK ilə birgə-şərikli- ortaq biznes qurub.
Cavanşir İsgəndərov öz imkanları və ətrafındakı generalların (hazırda həbsdə olan) vasitəsilə bir neçə MTK rəhbərinin həbsinə nail olub.
Əgər hüquq-mühafizə orqanları ciddi bir araşdırma aparsa, konkret olaraq Cavanşir İsgəndərovun şikayəti əsasında həbs olunan MTK rəhbərlərini müəyyən edə bilər. Yəni MTK rəhbərlərinin həbsi MƏHZ CAVANŞİR İSGƏNDƏROVUN ŞİKAYƏTİ əsasında baş tutub.
Onda ortaya xeyli suallar çıxır:
1. Cavanşir İsgəndərov 500 manat maaşla 100 hektarlarla torpağı, mal-qara fermalarını, restoranları, ticarət obyektlərini, Bakıda bahalı mənzilləri necə əldə edib ?
2. Cavanşir İsgəndərov 500 manat maaşla necə 105 min manat pul verib mənzil tikən MTK-ya şərik olub ?
3. Cavanşir İsgəndərov sabiq nazirə 200 min manatı nə üçün vermişdi?
4. Sabiq nazir Səlim Müslümov Cavanşir İsgəndərovu nə üçün kabinetindən qovdu ?
5. Cavanşir İsgəndərov qohumu, Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovla hansı cinayəti törətmişdi ?
Məlumat üçün qeyd edək ki, hazırda Cavanşir İsgəndərov barəsində araşdırmalar gedir.
Amma nəticə necə olacaq:
Cavanşir İsgəndərov layiq olduğu cəzanı Səlim Müslümovun yanında çəkəcəkmi, yoxsa…?
Mövzunu gündəmdə saxlayacağıq.
(gundelik baki.com)
Ölkəpress.com olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi