olkepress.com
olkepress.com

Ağcabədinin icra başçısı Rafil Hüseynovun ÇİÇƏK mahnısı...

25-11-2021, 12:24

Ağcabədinin icra başçısı Rafil Hüseynovun ÇİÇƏK mahnısı...

Rafil Hüseynov niyə gecələr yuxuda “Gündəlik-Bakı”nı görür ?

İcra başçısı Novxanıdakı villasını satsa, Ağcabədini 1 il saxlamaq olar...

Masallının keçmiş, Ağcabədinin indiki icra başçısı Rafil Hüseynovun əməllərindən, Masallıda qəbristanlığı söküb özünə ticarət obyekti tikdirməsindən, Ağcabədidə fermerlərin başına oyun açmasından, Qarabağ veteranının statusunu ləğv etdirmək niyyətindən, şəhidin atasına kəllə atmağından, polis zabiti olan oğluna tərbiyə verə bilməməsindən, qadın sahibkarı polislə hədələməsindən və s əməllərindən Gundəlik-Bakı olaraq biz və digər media orqanları kifayət qədər yazaraq cəmiyyəti məlumatlandırıb.
Ancaq Rafil Hüseynovun heç kimin ağlına gəlməyən bir əməlindən Gundəlik-Bakı olaraq biz ilk dəfə həyəcan təbili çalaraq silsilə yazılar dərc etdik.
Söhbət icra başçısının rayondakı uşaq bağçalarının xanım əməkdaşlarını “imtahan etməsindən”, “sorğu-suala-sınağa” çəkməsindən və onları “imtahandan kəsərək” işdən qovmasından gedir.
Bəlkə, Rafil Hüseynovun bu əməli çoxlarına zarafat kimi gələcək. Çünki həqiqətən də icra başçısının test üsulu tətbiq edərək bağça müdirlərini, müəllimələri imtahan etməsi əslində komediya mövzusudur.
Bizcə, Azərbaycanda Rafil Hüseynovdan başqa heç bir icra baçısı belə komediyanın personajı olmayıb.
Ancaq etiraf edək ki, icra başçısının bu rüsvayçı əməli kiməsə komediya kimi görünə bilər, amma əslində bu tragediyadır.
Çünki cənab Rafil Hüseynov bağçada çalışan və ailəsini güclə dolandıran qadınları işdən qovmaqla onları başsız qoyub, ailələri ac qoyub, az yaşlı uşaqları çörəkdən məhrum edib. Bu əslində faciədir.
Redaksiyamıza bu ürək parçalayan olayla bağlı onlarla şikayət ərizələri, canlı Audio müraciətlər daxil olub.
Və biz bu şikayətlər əsasında silsilə yazılar dərc etmişik.Bizim dərc etdiyimiz yazıları ölkənin başqa media orqanları da yayıb. Və nəticədə müvafiq dövlət qurumları xəbər tutaraq Rafil Hüseynova sözün geniş mənasında STOP qoyublar.
Görəsən, Rafil Hüseynovun bağça müəllimələrini işdən KÜTLƏVİ azad etməkdə məqsədi nə idi ?
Araşdırmalarımız zamanı və şikayətçilərin dediyindən bəlli oldu ki, icra başçısı bu yolla pul qazanmaq istəyib və buna xeyli nail olub.
Belə ki, işdən uzaqlaşdırdığı bağça müdirələrinin yerini başqalarına satmaqla əməlli-başlı qazanıb.
Görəsən qazandığı milyonlar Rafil Hüseynova azlıq edir ki, bağçalara tamah salır ?
Belələrinə deyən lazımdır ki, təkcə Novxanıdakı villanı satsan, Ağcabədini 1 il dolandırmaq olar, ay Rafil.. Rafil Hüseynov xəbərin olsun ki, Novxanıdakı 20 milyonluq villanı əlindən alacaqlar, Qoca Səmədovun mülki kimi müsadirə edəcəklər. Düzdür başqasının adına sənədləşdirmisən, amma onun yerini bilənlər bilir.
Sənin gözün doymurmu ?
Elə bilirsiniz, Rafil bağça ilə məsələni bitirmək istəyirdi ? Ay-hay..
Bütün bunlar azmış kimi Rafil Hüseynovun növbəti planı rayondakı məktəb direktorlarını, müəllimləri “imtahana çəkmək, sorğu-sual etmək” və onları da işdən uzaqlaşdırmaq imiş. Ki, boş qalan yerləri “hərraca” çıxartsın.
Bir daha deyirk ki, bu plan kimlərəsə gülməli, hətta zarafat kimi gələ bilər.
Ancaq Gundəlik-Bakı icra başçısının bu biabırçı əməllə bağlı imzaladığı rəsmi sərəncamı da əldə edərək dərc edib. Yəni məsələ çox ciddi idi.
Yəqin ki, bütün bunlara görə, icra başçısı gec-tez qanun qarşısında cavab verəcək və layiq olduğu cəzanı alacaq.
Lakin Rafil Hüseynov öz əməlindən peşiman olmaq, şikayətçilərdən üzr istəmək əvəzinə qisasçılıq yolu tutub.
Rafil Hüseynov yaxınlarına deyir ki, hər gecə Gundəlik-Bakı qəzeti yuxuma girir, yuxudan qan-tərin içində ayılıram, təngənəfəs oluram...elə bilirəm ki, koronayam...
Gundəlik-Bakı olaraq Rafil Hüseynova deyirik ki, bizim sənin personan ilə işimiz yoxdur, məqsədimiz insanların hüquqlarını qorumaqdır. İstəmirik ki, insanlarımız sənin kimi məmurların əməllərinə görə dövlətimizdən, Prezidentimizdən narazı olsunlar. Siz isə məqsədli şəkildə, pul qazanmaq üçün insanları dövlətdən narazı salırsınız.
Yaxınlarının dediyinə görə, gecələr səksəkə içində yatan Rafil Hüseynov səhər açılan kimi tanınmaz olur, özünü az qala bağça uşaqları kimi aparır, mahnı oxuyur, şeir deyir...
Bəli, icra başçısı son vaxtlar haradansa dilinə düşmüş ÇİÇƏK mahnısını yaman zümzümə edir...
Dəyirman üstə ÇIÇƏK,
Oraq gətirin biçək.
Ağcabədidə bir uşaq olacaq,
Adını qoyarıq Çiçək...
Yeri gəlmişkən, Rafil Hüseynovun Aran kəndi üzrə nümayəndəsi Çiçək xanımın 2 uşaq bağçasından biri əlindən alınıb.
Ancaq hələ mübarizə davam edir. Gündəlik-Bakı da bu mübarizənin önündədir.
Rafil Hüseynovun haqqını tapdaladığı, hüququnu pozduğu Ağcabədi sakinlərinə deyirik ki, hər zaman Gündəlik-Bakı olaraq yanınızdayıq və hüquqlarınızı qorumağa hər an hazırıq. Bu bizim həm vətəndaş, həm də media mənsubu olaraq müqəddəs borcumuzdur.
P.S Çox hörmətli Rafil Hüseynov, biləsən sənin uşaqlarının payını yeməyini dövlət sənə bağışlamayacaq. Amma bu işdə hüquq mühafizə orqanlarına elə kömək edəcəyik ki, özündə əhsən deyəcəksən. Biz xəbərdarlıq edirik ki, bəsdirin "dibsiz quyularınızı" doldurmağı tərgidin. "Dibsiz quyu" onsuz da dolmur. Əməlinizlə, işinizlə cənab Prezidentimizə kömək edin.
(gundelik baki.com)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi