olkepress.com
olkepress.com

Bu gün Ərdoğan Azərbaycana gəlir

26-10-2021, 09:13

Bu gün Ərdoğan Azərbaycana gəlir

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük işgüzar səfərə gəlir.

Ölkəpress.com xəbər verir ki, prezidentin təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilən görüşdə prezidentlər işğaldan azad olunan Füzuli rayonunda qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Füzulidə yeni avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək "Ağıllı aqropark"ın təməlini qoyacaqlar.

Qeyd edək ki, Rəcəb Tayyip Ərdoğanın bu gəlişi son bir ildə Azərbaycana üçüncü səfəri olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi