olkepress.com
olkepress.com

Ziya Məmmədovun “Azbentonit”i, “Fortis”i...- Sabiq nazir ölkədə “zəlzələ” törətmək istəyir ?

17-09-2021, 13:28

Ziya Məmmədovun “Azbentonit”i, “Fortis”i...- Sabiq nazir ölkədə “zəlzələ” törətmək istəyir ?

Nazirin zavodu niyə tez-tez adını dəyişir, gah “Azbentonit, gah “Fortis Group”, olur, gah da...

Küldən fərqlənməyən sementdən tikilən binalar bir gün vətəndaşların başına uça bilər..

Çox uzaq tarix deyil, cəmi bir neçə il əvvəl, konkret desək, 19 may 2015-ci il tarixdə səhər saatlarında Bakı şəhərinin Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında dəhşətli yanğın hadisəsi baş verdi.
Hadisə nəticəsində 15 nəfər öldü, 64 nəfər isə yaralandı. Vətəndaşlara milyonlarla ziyan dəydi. Ən dəhşətlisi isə odur ki, ölən və yaralananlar arasında körpələr və uşaqlar da var idi.
Bu miqyasda yanğının səbəbi nə idi ?
Yanğının başlanmasına və bu miqyasda olmasının səbəbi binanın üzərinə çəkilmiş ucuz və tez alışıb yanan penoplas üzlüklər olub.
Düzdür, hadisədən sonra EHTİYATSIZLIQ səbəbi ilə cinayət işi açıldı, hətta həbs olunanlar da oldu.
Hansı ehtiyatsızlıqdan danışırsınız, cənablar ?
Hansısa məmurların tamahı ucbatından bina alışıb yandı və insanlar diri-diri yanaraq dünyalarını dəyişdilər. Bu məmurlara dərs olmadı.
Kiminsə həbs olunması ilə nəsə dəyişdimi ?
Yanğında alışıb yanan körpələr qayıtdımı ?
Yaxud bir neçə il əvvəl bina uçdu və fəhlələr həlak oldu. Bəzi deputatlarımız dedi ki, fəhlələr şəhid oldu.
Hansı şəhidlikdən danışırsınız, ay geri zəkalılar ?
Bina keyfiyyətsiz sement səbəbindən uçmuşdu. Məgər fəhlələr Qarabağda döyüşürdü ki, şəhid olalar ?
Bu dəhşətli olayları nə üçün yada saldıq ?
Çünki bu cinayətkar əməllər bu gün də davam edir.
Söhbət sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən “Azbentonit”dən gedir.
Məlumat üçün qeyd edək ki, Ziya Məmmədovun ailə biznesinin cəmləşdiyi “Garant Holding”in törəmə müəssisəsi olan “Azbentonit” bir neçə dəfə adını dəyişib, sonuncu dəfə “Fortis Group” adlanıb. İnşaat materialları istehsalçısı olan “Azbentonit” MMC 2004-cü ildə Abşeron rayonunda istismara verilib.
Müəssisənin açılışnda cənab Prezidentimiz İlham Əliyev də iştirak edib. Və açılışda qeyd olundu ki, əsas məqsəd respublikamızın mineral qeyri-filiz xammal yataqlarının kəşfiyyatını, öyrənilməsini, texnoloji qiymətləndirilməsini həyata keçirmək, sənaye əhəmiyyəti olan yataqların xammalları əsasında müxtəlif təyinatlı materialların istehsalını təşkil etməkdən ibarətdir.
Zavod özünün reklamında qeyd edir ki, guya zavodun kifayət qədər universal mərkəzi-sınaq LABORATORİYASI var. Və zavod yüksək keyfiyyətli bentonit tozu və müxtəlif markalı portland sementi istehsal edəcək.
Doğrudanmı, Ziya Məmmədovun zavodu yüksək keyfiyyətli inşaat materialları istehsal edir ?
Yazının girişində yanan binanı, uçan binanı əbəs yerə misal gətirmədik.
Xaırladaq ki, zavodun borclarına görə, bir neçə dəfə Ziya Məmmədovun oğlu Anar Məmmədov barəsində məhkəmə işi olub, hətta həbsi gündəmdə olub. Yəni bu zavod başı qalmaqallı müəssisədir.
Ziya Məmmədov, görəsən zavodlarının adını nə üçün tez-tez dəyişir ?
Məqsəd izi itirmək, keyfiyyətsiz sement istehsalçısı kimi ad çıxaran obyeketlərin adını dəyişməklə guya diqqəti yayındırmaqdır.
Ziya Məmmədov başa düşmür ki, eşşəyin adını dəyişib zürafə qoymaqla heç nə dəyişmir.
Bəli, Ziya Məmmədov sanki bilərəkdən ölkə üçün problem yaradır. Keyfiyyətsiz sementlə tikilən binalar nəinki zəlzələyə-filana dözmür, hətta durduğu yerdə çökə bilər. Yuxarıdakı misalda olan kimi. Yaxşı bina keyfiyyətsiz sement ucbatından çökərsə, insanlar həlak olarsa, bunun cavabını kim verəcək, ay Ziya Məmmədov?
Öz müsahibəndə deyirsən ki, oturmuşam evimdə, namazımı qılıram, Quran oxuyuram.
Ay adam, Quran oxuyan kəs pul qazanmaq üçün insanların faciəsinə səbəb ola bilməz axı.
Bəlkə, başqa məqsədin var, cənab Ziya Məmmədov ?
Bəlkə, ölkədə məqsədli şəkildə narazılıq yaratmaq istəyirsən ?
Bəlkə, “Bəlkə də qaytardılar...” sevdasına düşmüsən ?
Ziya Məmmədov bu zavodun təkcə tez-tez adını dəyişmir ee. Həm də işşiləri tez-tez qanunsuz işdən uzaqlaşdırır. Çünki müəssisədə baş verən cinayət əməllərinin bayıra çıxmasından yaman qorxur. Bəli, Ziya Məmmədovun şəxsi göstərişi ilə “Fortis Group” son vaxtlar 100-dən artıq işçini QANUNSUZ olaraq işdən uzaqlaşdırıb. Zavodu ancaq Ziya Məmmədovun yaxın qohumları idarə edir. İşçilərin çoxu da sabiq nazirin qohum-əqrabasıdır.
Bir daha müvafiq orqanların nəzərinə çatdırırıq ki, adı “Azbentonit”dir, “Fortis”dir nədirsə, bu zavodun istehsal etdiyi sement, sanki adicə küldür, yapışqanlığı yoxdur.
Bəs hanı sənin laboratoriyan, ay Ziya ?
Bu sementlə tikilən binaları uçmaq təhlükəsi gözləyir. Sonra deməyin ki, demədiniz.
Bir daha deyirik ki, Ziya Məmmədov kimi bəzi məmurların ölkəmizi hər mənada Suriyaya çevirmək planları hələ də qalır.
(gundelik baki.com)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi