olkepress.com
olkepress.com

Bakıya qar yağıb: Qurumlar xəbərdarlıqlara baxmayaraq, fəaliyyətsizliyi ilə yadda qaldı - FOTO -VIDEO

24-02-2021, 12:35

Bakıya qar yağıb: Qurumlar xəbərdarlıqlara baxmayaraq, fəaliyyətsizliyi ilə yadda qaldı - FOTO -VIDEO
Bir neçə gündür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraiti kəskin dəyişməsi ilə bağlı məlumat verir.

Dünən gecədən başlayan çovğun və qar yağması bir sıra fəsadlara səbəb olub.

Belə ki, şəhərin bir çox yerlərində nəqliyyatın hərəkəti iflic olub. Müşahidələrimiz onu göstərdi ki, bir neçə əsas prospekt və küçələrdə (“20 yanvar”, “Elmlər Akademiyası”, “28 May” metro stansiyalarının yaxınlığında) yağan qarın təmizlənməsi üçün çox az sayda texnika istifadə edilib.

Eyni zamanda, yollarda, enişli-yoxuşlu ərazilərdə, körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağladığı üçün nəqliyyat vasitələrinin, o cümlədən ictimai nəqliyyatın hərəkətinin iflic olub ki, bu da piyadaların uzun müddət dayanacaqlarda gözləməsinə səbəb olub.

Ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsindən saytımıza verilən açıqlamada bildirilmişdi ki, respublika ərazisində gözlənən hava şəraiti ilə əlaqədar kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib.

Görünən odur ki, BŞİH texnikaların hazır vəziyyətdə olması barədə sadəcə açıqlama ilə kifayətlənib.

Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən xüsusi qərargah tərəfindən şaxtalı və qarlı günlərdə paytaxtdakı bütün kommunal qurumların, xidmətlərin işini əlaqələndirəcək tədbirlər görülməyib.

Görəsən, havanın dəyişəcəyi ilə bağlı məlumat alan və şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər duz, texnikaların olmasını bildirən qurum həmin vasitələrdən hansı ərazilərdə istifadə edib?!

Çünki səhər saatlarından şəhərdə müşahidə etdiyimiz küçə və prospektlərin heç birində texnika yox idi. Elə bunun nəticəsidir ki, şəhər hərəkət iflic haldadır. Halbuki texnikalar artıq gecə saatlarından işə salınmalı idi ki, bu gün bu mənzərə ilə qarşılaşmayaq.

Bu fəaliyyətsizliyin nəticəsidir ki, insanlar bu çovğunda küçələrdə qalıb, iş yerinə piyada uzun yol qət etməli olub, bu isə müvafiq qurumları heç də maraqlandırmır!

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Astarada 23, Lənkəranda 15, Mərəzə, Qubadə 8, Lerikdə 7, Qəbələdə 6, Xaltanda 5, Sarıbaş (Qax), Oğuz, Şabran, Altıağac, Xaçmazda 4, Qusarda 3, Kişçay (Şəki), Göytəpə, Ağsu, Qrızda 2, Zaqatala, Şəki, Mingəçevir, Yevlax, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlıda 1 mm-dək olub.

Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı Bakıda 18, Maştağada 16, Binədə 8, Çilov adası, Pirallahıda 2, Neft Daşları, Sumqayıtda 1 mm-dək olub.

Bakıya qar yağıb: Qurumlar xəbərdarlıqlara baxmayaraq, fəaliyyətsizliyi ilə yadda qaldı - FOTO -VIDEO


Bakıya qar yağıb: Qurumlar xəbərdarlıqlara baxmayaraq, fəaliyyətsizliyi ilə yadda qaldı - FOTO -VIDEO






ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi