olkepress.com
olkepress.com

Əsgərlərimizə meyvə verən sürücü... - VİDEO

6-02-2021, 10:40

Əsgərlərimizə meyvə verən sürücü... -  VİDEOBu görüntülər Vətən müharibəsi ərəfəsində çəkilib. Həmin ərəfədə vətəndaşlarımız əsgərlərə əllərindən gələn dəstəyi göstərməyə çalışırdılar.

Axar.az Avtosfer.az-a istinadən xəbər verir ki, görüntülərdə 10 RL 753 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əks olunub. Həmin şəxs öz maşını ilə meyvə satır. Əsgərləri aparan maşınları görüncə tez maşınını onları arxasınca sürür, ilk fürsətdəcə - hərbi maşınımız dayanan kimi cəld maşından düşərək, bir yeşik almanı əsgərlər olan maşına verir.

Kameraya daha maraqlı bir görüntü də düşüb. Bir qadın əlindəki torbanı əsgərlərə vermək istəyir. Amma maşın karvanı uzaqlaşdıqca onlara çata bilmir. Bu zaman bir gənc cəld həmin torbanı alır və qaçaraq əsgərlər olan maşına atır.

Bəlkə də bu gün o maşında olan əsgərlərdən neçəsi şəhid, neçəsi qazidir. Amma bu, Vətən müharibəsindəki qələbəmizi necə sevgi və birliklə qazandığımızın görüntüsüdür.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi